İstifadəçi Razılaşması
İstifadəçi Razılaşması
İstifadəçi Razılaşması sizin Mentiq.az-da qeydiyyatdan keçdiyiniz andan qüvvəyə minmiş olur.
1. İstifadəçi razılaşmasının predmeti
Mentiq.az sizə mövcud İstifadəçi Razılaşması (İR) predmetinin şərtləri daxilində öz xidmətlərini təklif edir. İstifadəçi razılaşması Mentiq.az tərəfindən istənilən vaxt təktərəfli qaydada dəyişdirilə bilər. İR-nın ən son nümunəsi hər zaman bu ünvanda yerləşir www.mentiq.az/termsandconditions.
2. Xidmətin göstərilməsi
Mentiq.az sizə məntiq üzrə hazırlıq kursları xidmətini təklif edir. Hal-hazırda mövcüd olan xidmət İR predmetidir. Siz başa düşür və qəbul edirsiniz ki, bu xidmət "olduğu kimi" təqdim/təklif olunur. Xidmətdən istifadə etmək üçün sizin internetə qoşulmuş kompüteriniz olmalıdır.
3. Qeydiyyatla əlaqəli görəcəyiniz iş
Qeydiyyat zamanı qeydiyyat formunda soruşulacaq suallara tam və dəqiq cavab verəcəyinizi qəbul edirsiniz. Əks halda Mentiq.az sizin qeydiyyatınızı ləğv etmək və xidmətdən istifadənizi dayandırmaq hüququna malikdir.
4. Sizin qeydiyyatınız, şifrə və təhlükəsizlik
Qeydiyyatdan keçdikdən sonra siz təhsil xidmətindən istifadə etmək üçün istifadəçi adı və şifrəsi əldə edirsiniz. Siz istifadəçi adınızın və şifrənizin təhlukəsizliyinə və həmçinin bu ad və parol altında etdiyiniz hər cür işləmə görə cavab verirsiniz. Mentiq.az müəyyən adların qeydiyyatına qadağa qoya bilər və belə adların istifadəsini məhdudlaşdırmaq hüququna sahibdir. Sizin ad və şifrənizdən razılığınız olmayan halda istifadə edilərsə, bu barədə mütləq Mentiq.az-ın inzibatçısına xəbər verməlisiniz. Xidmətdən istifadə zamanı şəxsi səhlənkarlığınız üzündən və bu razılaşmanın qaydalarına əməl etmədiyiniz təqdirdə uğradığınız ziyana görə Mentiq.az heç bir məsuliyyət daşımır.
5. Qeydiyyatdan keçmiş istifadəçinin öhdəlikləri
Siz məntiq üzrə hazırlıq kursları xidmətindən istifadə edərkən aşağıdakıları etməməyi qəbul edirsiniz:
a. Özünü başqa şəxs kimi təqdim etmək;
b. Digər şəxslər barədə şəxsi məlumatların yığılıb saxlanılması;
c. Veb saytın normal fəaliyyət göstərməsini pozmaq.
d. Mentiq.az saytında yerləşən videolar, testlər, və digər məlumatlar paylaşmaq.
e. İstifadəçi login və şifrəsini başqasına vermək qadağandır.
6. Qeyri-kommersiya məqsədi ilə istifadə
Mentiq.az tərəfindən satılan abunə kommersiya məqsədi ilə satıla bilməz. Belə hal aşkarlanarsa abunə ləğv olunur. Bu zaman yaranan hər hansı bir mübahisəyə görə Mentiq.az məsulliyyət daşımır.
7. İstifadənin ümumi müddəaları
Mentiq.az tərəfindən təqdim olunan məntiq üzrə hazırlıq kursları istifadə edərkən siz aşağıdakıları qəbul edirsiniz:
1. Mentiq.az sistemdə baş verə biləcək hər hansı bir pozuntuya görə məsuliyyət daşımır;
2. Mentiq.az istifadə şərtlərini və məhdudiyyətlərini hər zaman təktərəfli olaraq dəyişmək hüququna malikdir.
8. Qeydiyyatın dayandırılması
Mentiq.az sizin xidmətdən isifadə etmədiyinizə və ya razılaşmaya zidd əməlinizə görə qeydiyyatınızı və abunənizi dayandırmaq hüququna malikdir. Bu hallarda Mentiq.az heç bir məsuliyyət daşımır.
9. İstinadlar
Mentiq.az digər resurlara istinad edə bilər. Siz qəbul edir və razılaşırsınız ki, Mentiq.az həmin istinadların kontentinə və fəaliyyətinə görə heç bir məsuliyyət daşımır.
10. Təminatdan azad
Siz qəbul edir və razılaşısınız ki:
a. Sizə Mentiq.az məntiq üzrə hazırlıq kursları xidməti "olduğu kimi" təqdim olunur, Mentiq.az servisdə yarana biləcək hər hansı problemlərdən dolayı məsuliyyət daşımır;
b. Mentiq.az təminat vermir ki, göstərilən xidmət (servis) sizin tələbəriniziə tam cavab verəcək, xidmət dəqiq, operativ və qüsursuz olacaq;
c. Mentiq.az sizə xidmətdən istifadəyə görə birbaşa və ya dolayısı ilə dəyən (və ya dəyə biləcək) hər hansı zərərə görə məsuliyyət daşımır.
11. Ümumi Məlumat
11.1. İR Siz və Mentiq.az arasında olan hüququi bir anlaşmadır.
11.2. Siz və Mentiq.az razılaşırsınız ki, İR barəsində yarana biləcək hər hansı bir mübahisə zamanı Azərbaycan qanunvericiliyi əsas kimi götürüləcək.