Qeydiyyat

Digər qeydiyyat vasitələri

Müəllimlər haqqında

                         

           İlyas Rəvan oğlu Həsənov

 

1981-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını qaz-neft-mədən fakultəsinin "Neft-qaz yataqlarının işlənməsi və istismarı" ixtisası üzrə bitirib. 1984-cü ildən 2008-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasında baş elmi işçi vəzifəsində çalışıb. 1986-ci ildə isə işi ilə yanaşı Bakı İctimai İnstitutunda tətbiqi proqramlaşdırma sahəsində mütəxəssis ixtisası alıb. Texniki elmlər namizədidir. 2008-2010-cu illərdə Azərbaycan Respublikası TQDK-da məntiq məsələləri üzrə sədr işləyib. 2010-cu ildən Rusiya Yazıçılar Birliyinin üzvüdür. A.S. Qriboyedov adına medalla və Rusiya Moskva Yazıçılar Birliyinin 55 illiyi ilə əlaqədar diplomla təltif olunub. 2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən praktik psixoloq diplomuna layiq görülüb.

 

Hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiyada məntiqi düşünmə qabiliyyəti üzrə təlim rəhbəridir.60 elmi məqalənin, 2 ixtiranın, 80 kitabın müəllifidir. "SSRİ ixtiraçısı"dır.

 

 

 _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _  

 

 

                Elxan Bəylər oğlu Bəylərov

Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinin riyaziyyat müəllimi ixtisasını 1984-cü ildə bitirib. 2005-ci ildə isə Şagirdlərin ümumi intellekt qabiliyyətlərinin inkişafında testlərdən istifadə” mövzusunda dissertasiya müdafiə edərək pedaqogika (psixologiya) üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2009-cu ildə Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı verilib.Azərbaycan Respublikası Təhsil Nazirliyi və Dünya Bankının Təhsil Sektorunun İnikşafı Layihələrində Təhsil Nazirliyinin milli məsləhətçisi kimi çalışıb. 2013-cü ildə “Xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafının psixoloji problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 

 

Hazırda Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda “İstedadlı uşaqlarla iş” şöbəsinin müdiridir. Ümimilikdə 70-dən çox elmi məqalənin və əsərin müəllifidir.