Qeydiyyat

Digər qeydiyyat vasitələri

Xəbərlər

  • SOCAR-ın Daxili Təqaüd Proqramına sənəd qəbulu başlandı2015-02-07

    Müsabiqə 2014-2015-ci tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr (yalnız əyani şöbə) və magistratura (əyani və ya qiyabi şöbələr) pillələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələri arasında keçirilir. Proqrama müraciət etmək istəyən tələbələr müsabiqənin şərtlər və suallar bölməsi ilə tanış olduqdan sonra ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçməlidirlər.

    Qeyd: Qiymətlər yalnız rəsmi transkript əsasında qəbul olunur (Qiymət kitabçası nəzərə alınmayacaqdır)

    Son qeydiyyat tarixi: 23 fevral 2015-ci il

    Mənbə: socar.az

    Oxu

  • Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Magistr” jurnalının 2015 ci il tarixli 2-ci sayını nəşr edib.2015-02-05

    Jurnalada aşağıdakı materiallar əksini tapmışdır: 
    § 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul elanı; 
    § Magistraturaya ərizə verən bakalavr üçün təlimat, “Bakalavrın elektron ərizəsi”nin doldurulma qaydası və “Bakalavrın elektron ərizəsi” formasının nümunəsi; 
    § Qəbul imtahanında iştirak etmək üçün yerinə yetiriləcək prosedurların xronoloji ardıcıllığı, qəbul imtahanının mərhələlər üzrə məzmunu; 
    § Müsabiqə şərtləri; 
    § Ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika və xarici dili (ingilis, alman, fransız, rus, ərəb və ya fars dilini) bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri və onların düzgün cavabları; 
    § Sorğulara cavablar. 

    -Test tapşırığı nümunələri. Xüsusi buraxılışda ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür), informatika və xarici dili (ingilis, alman, fransız, rus, ərəb və ya fars dilini) bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri də təqdim olunur. Magistraturaya qəbul imtahanına hazırlaşan bakalavrlar bu test tapşırıqları vasitəsi ilə birinci mərhələ üzrə imtahanda onlara təqdim olunacaq sualların modeli ilə yaxından tanış olmaq, həmçinin öz hazırlıq səviyyələrini yoxlamaq imkanı qazanacaqlar.  

    Mənbə: TQDK

    Oxu

  • "Magistr” jurnalının 1-ci sayı dərc olundu2015-01-20

    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən “ Magistr” jurnalının 1-ci sayı dərc olunaraq bakalavrların istifadəsinə verilmişdir. Jurnalın bu sayında Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları ilə yanaşı, magistraturaya hazırlaşan bakalavrlara kömək məqsədilə aşağıdakı materiallar da təqdim olunmuşdur: 

    Ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə qəbul imtahanı proqramı və test tapşırığı nümunələri; 

    § Açıq tipli test tapşırığı nümunələri; 
    § Xarici dillər üzrə qəbul imtahanı proqramları; 
    § İnformatika üzrə qəbul imtahanı proqramı. 

    Magistraturaya qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar qəbul proqramları üzrə qruplaşdırılır. Qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə və proqram seçiminə buraxılırlar, ikinci mərhələnin nəticələri elan olunduqdan sonra nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ixtisas seçiminə buraxılırlar və seçdikləri ixtisaslaşma siyahısına əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə qəbul olunurlar. Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə yazı işini yerinə yetirməlidirlər (bu barədə ixtisaslaşmalar üzrə qəbul proqramları dərc olunanda məlumat veriləcəkdir). 

    Xarici dil kimi Azərbaycan bölməsinin bakalavrlarına ingilis, alman, fransız və ya rus dilini, rus bölməsinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini seçmək imkanı verilir. Filologiya ixtisasının Azərbaycan dili və Azərbaycan ədəbiyyatı, habelə tarix ixtisasının tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavr¬lar xarici dil kimi ərəb və ya fars dillərini də seçə bilərlər. Filologiya, dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər. 
    Regionşünaslıq (Almaniyaşünaslıq) ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız alman dilini, regionşünaslıq (Fransaşünaslıq) ixtisaslaşmasına qəbul olunmaq istəyən bakalavrlar isə xarici dil kimi yalnız fransız dilini seçməlidirlər. 

    Tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini seçməli və onların ingilis dili üzrə topladığı bal TQDK tərəfindən tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul üçün qoyulan tələblərə uyğun olmalıdır. 

    Açıq test tapşırığı nümunələri – Qaydalara əsasən, ümumi intellekt səviyyəsini müəyyən edən test tapşırıqlarının bəziləri cavab variantları olmadan (açıq tipli) təqdim ediləcək. Bu tipli test tapşırıqlarının nümunələri də jurnalda təqdim olunmuşdur. 

    Qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu 
    Bakalavrlar qəbul imtahanında iştirak etmək üçün TQDK-nın rəsmi internet saytında təyin olunacaq vaxtda “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komis¬siyalarına müvafiq sənədlərin əsillərini şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər: 

    Qəbul imtahanı - Qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır. Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 

    Mənbə: TQDK

    Oxu