Qeydiyyat

Digər qeydiyyat vasitələri

FAQ

Məntiq.az nə üçün lazımdır?

Mentiq.az - məntiq imtahanına hazırlaşanlara lazım olan bütün dərs və testləri özündə birləşdirən resursdur. Bu sayt vasitəsilə siz evdən çıxmadan, pulunuza qənaət etməklə magistratura, YÖS, dövlət qulluğu imtahanlarına hazırlaşa və uğurlu nəticələr əldə edə bilərsiniz.

Qeydiyyatdan necə keçə bilərəm?

Siz ana səhifədə qeyd olunan  “Qeydiyyat” düyməsinə daxil olaraq şərtlərlə tanış olduqdan sonra qeydiyyatdan keçə bilərsiniz.

 

 

Mentiq.az-ın administratoru ilə necə əlaqə saxlaya bilərəm?

Mentiq.az saytında yerləşən http://mentiq.az/contacts bölməsindən siz sayt administratoru ilə birbaşa əlaqə saxlaya bilərsiniz. Saytın administratoru sizin sualları ən qısa vaxt ərzində cavab verəcək.

Ödənişi necə edə bilərəm?

Ödəniş həyata keçirmək üçün aşağıda qeyd olunan 3 vasitərlərdən birindən istifadə edin:

 

1. Onlayn ödəniş. Linkə: https://quickpay.goldenpay.az/Template/Default.aspx?mer=mentiqquick daxil olaraq, Visa/Visa Electron və ya MasterCard/Maestro kredit və ya debit kartları vasitəsi ilə ödəniş etməyiniz lazımdır.

2. Nağd ödəniş. Bizim ofisimizdə ödəyib, həmçinin əlavə məlumat əldə edə bilərsiniz. Ünvan: Z.Əliyeva küçəsi, ev 32

3. Bank. Bank köçürməsi vasitəsi ilə edə bilərsiniz.

 

Bank Rekvizitlərimiz:             

“700.AZ” MMC

VÖEN: 1701635111

Hesabın nömrəsi: AZ07IBAZ40060019441864498204

Bank: Azərbaycan Beynəlxalq Bankı Mərkəzi filial

Bankın VÖEN: 9900001881

Kod: 805722

Müxbir hesabı: AZ03NABZ01350100000000002944

SWIFT: IBAZAZ2X

Ödənişin təyinatı: "Adınız Soyadınız" adından mentiq.az saytında 1 və ya 3 aylıq abunə üçün

 

 

 

 

Ödənişi niyə keçirmək lazımdı?

Bütün videolardan və digər funksiyalardan tam istifadə etmək üçün ödəniş etmək lazımdır.

Texniki problem ilə üzləşirəm, nə edim?

Əgər video-da hər hansı bir texniki qüsur varsa zəhmət olmasa info@meniq.az emailinə problem haqqında yazın. Ən qısa zaman ərzində qüsur aradan qaldırılacaq.

Hesabıma daxil olan zaman problemlə üzləşirəm, nə edim?

Hesabınıza daxil ola bilmirsinizsə info@meniq.az emailinə problem haqqında yazın. Ən qısa zaman ərzində qüsur aradan qaldırılacaq.

Şifrəni unutmuşam, yeni şifrə necə əldə edə bilərəm?

Şifrənizə unutmusunzsa ana səhifədə “daxil olun” düyməsinə daxil olduqdan sonra “Şifrənizi unutduz?” düyməsini tıklayın. Email vasitəsi ilə sizə link göndəriləcək. Link vasitəsi ilə siz yeni şifrə daxil edə biləcəksiniz.

Materialların hazırlanmasında hansı ədəbiyyatdan istifadə olunmuşdur?

1. Həsənov İ., Məntiq riyazi təfəkkürün inkişaf etdirilməsi üzrə İQ test nümunələri. – Bakı, 2007, 184 səh.

2. Bəylərov E., İntellekt və məntiq testləri. – Bakı, 2009, 288 səh.

3. İ. R. Həsənov, R. İ. Həsənov, C. M. Cahangirov, GMAT(MBA proqramı üzrə). – Bakı, 2011, 105 səh.

4. İ. R. Həsənov, R. İ. Həsənov, İQ Testləri. Maqistratura, MBA, dövlət qulluğu, ALES və ARDNŞ üçün. Bakı, – 2011, 581 səh.

5. Ufuk Taner Genel. İQ soru bankası. l-ll hissə. Metropol yayınları. 2012.

6. Magistr. Test bankı İQ. l-ll hissə. 2013.

7. Məntiq Testləri. TQDK – Bakı 2014, 277 səh.

Məntiq üzrə hansı dərslər/mövzular əhatə olunub?

Aşağıdakı mövzular saytımızda əhatə olunub:

     1. Ədədlər və ədədi ardıcıllıqlar

  • Sıralar
  • Ədədi ardıcıllıqlar – Çatışmayan hədlərin tapılması
  • Bir ədədi ardıcıllığın düzəlmə qaydasına görə yeni ardıcıllığın hədlərin tapılması
  • Oxşar qaydalara görə düzəlmiş ardıcıllıqların müəyyən edilməsi
  • Digərlərindən fərqlənən cavabların tapılması

       2. Şifrələr

     3. Məchul Rəqəmlər

  • Bir və ya bir neçə məchulu olan ədədlər üzərində əməllər

      4. İşləmlər

      5. Şəkil və ədəd əlaqələri

      6. İfadələr

  • Bərabərsizlik şəklində olan ifadələr

      7. Şəkilli ardıcıllıqlar

     8. Şəkillər

  • Matrislər məntiqi
  • Qatlayıb Kəsmə
  • Tərəzilər
  • Fiqurlar məntiqi
  • Qaydanı pozan şəklin tapılması
  • Fəza testləri

     9. Qrafiklər

    10.  Perimetr və sahənin tapılması

    11. Kublar

    12. Mətnli Məsələlər

  • Yaş məsələləri
  • Faiz 
  • İşçi-hovuz
  • Yaş və faiz məsələləri
  • Natural Ədədlər və onların bölünmə əlamətləri
  • Hərəkət məsələləri
  • İşçi-hovuz
  • Əyləncəli məsələlər
  • Mətnin məntiqi təhlili
  • Verilənlərin təhlili və kafiliyi
  • Çoxluqlar nəzəriyyəsi

    13.  Kombinatorika

  •  Toplama və vurma prinsipi
  •  Birləşmənin növləri

      14. Ehtimal Nəzəriyyəsi

      15. Düşüncə tərzi

Nümunə üçün hər hansı video dərsi izləyə bilərəm?

Saytımızda qeydiyyatdan keçdikdən sonra "Kurslar" bölməsinə daxil olaraq nümunə üçün 2 pulsuz video dərs izləyə bilərsiniz. Yaxın zamanda biz bir neçə video dərsi facebook səhifəmizə yükləyəcəyik. Həmçinin bizim youtube kanalımız vasitəsi ilə izləyə bilərsiz.

 

 

 

Onlayn dərslər/mövzular hansı dildə izah olunur?

Bütün onlayn dərslər/mövzular azərbaycan dilində izah olunur. Yaxın gələcəkdə biz rus dilində olan dərsləri mentiq.az saytına yerləşdirəcəyik. 

Dərslər hansı müəllimlər tərəfindən izah olunur?


        İlyas Rəvan oğlu Həsənov

 

1981-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını qaz-neft-mədən fakultəsinin "Neft-qaz yataqlarının işlənməsi və istismarı" ixtisası üzrə bitirib. 1984-cü ildən 2008-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasında baş elmi işçi vəzifəsində çalışıb. 1986-ci ildə isə işi ilə yanaşı Bakı İctimai İnstitutunda tətbiqi proqramlaşdırma sahəsində mütəxəssis ixtisası alıb. Texniki elmlər namizədidir. 2008-2010-cu illərdə Azərbaycan Respublikası TQDK-da məntiq məsələləri üzrə sədr işləyib. 2010-cu ildən Rusiya Yazıçılar Birliyinin üzvüdür. A.S. Qriboyedov adına medalla və Rusiya Moskva Yazıçılar Birliyinin 55 illiyi ilə əlaqədar diplomla təltif olunub. 2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən praktik psixoloq diplomuna layiq görülüb.

 

Hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiyada məntiqi düşünmə qabiliyyəti üzrə təlim rəhbəridir.60 elmi məqalənin, 2 ixtiranın, 80 kitabın müəllifidir. "SSRİ ixtiraçısı"dır.

 

 

 _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _  

 

 

            Elxan Bəylər oğlu Bəylərov

Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinin riyaziyyat müəllimi ixtisasını 1984-cü ildə bitirib. 2005-ci ildə isə Şagirdlərin ümumi intellekt qabiliyyətlərinin inkişafında testlərdən istifadə” mövzusunda dissertasiya müdafiə edərək pedaqogika (psixologiya) üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2009-cu ildə Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı verilib.Azərbaycan Respublikası Təhsil Nazirliyi və Dünya Bankının Təhsil Sektorunun İnikşafı Layihələrində Təhsil Nazirliyinin milli məsləhətçisi kimi çalışıb. 2013-cü ildə “Xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafının psixoloji problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 

 

Hazırda Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda “İstedadlı uşaqlarla iş” şöbəsinin müdiridir. Ümimilikdə 70-dən çox elmi məqalənin və əsərin müəllifidir.

Abunə haqqı nə qədərdir və qiymətə nə daxildir?

Mentiq.az abunəçiləri seçdikləri təhsil paketindən asılı olaraq 1 ay və ya 3 aylıq abunə paketləri mövcuddur.

1 aylıq abunə paketi - 50 AZN

3 aylıq abunə paketi - 100 AZN

Mentiq.az abunəçiləri seçdikləri abunə paketindən asılı olaraq 1 və ya 3 ay ərzində saytın bütün funksiyalarından tam şəkildə istifadə edə bilər. Aşağıda qeyd olunanlar abunə haqqına daxildir:

1. Video dərslər. Siz 1 və ya 3 ay ərzində saytda yerləşdirilən bütün video dərslərə tam şəkildə baxa bilərsiniz.

2. Testlər. Abunə müddəti ərzində testlərdən istifadə bilərsiniz.

3. Hazırlıq statistikası. Öz inkişafınızı görə və dəyərləndirlə bilərsiniz.

4. Müştəri xidmət. Müştəri xidmətimiz sizin bütün suallarınıza ən qısa zamanda cavab verəcək.

Endirimlər mövcuddurmu?

Mentiq.az il ərzində xüsusi endirimlər təklif edir. Endirimlər saytın ilk səhifəsində qeyd olunur.

Kupon kodu nədir?

mentiq.az istifadəçilərinə zaman zaman endirimlər təklif edir. Endirimlər kupon vasitəsi ilə verilir. Hər kupon bir dəfə istifadə oluna bilər.

Dərslərin sonundakı testləri necə keçmək olar?

Siz saytda yerləşdirilən hər hansı bir videonu izlədikdən sonra “Testə başla” düyməsini basaraq, testləri həll edə bilərsiniz.

 

 

Videonu saytdan yükləyə bilərəmmi?

Saytda yerləşdirilən bütün suallar və videolar Azərbaycan qanunvericiliyinə görə “700.AZ” MMC şirkətinə məxsusdur. Heç bir halda videonun saytdan yüklənməsinə icazə verilmir.