Məntiqlə inkişaf et — hədiyyə qazan!
Söz tapmacası məşhur Wordle oyununun Azərbaycan dilində variantıdır. Hər gün hamı üçün eyni 5 hərfli söz seçilir, yuxarıdakı bir cümləlik ipucu isə sözün nəyə aid olduğunu deyir. Söz yazıb «Yoxla» bas: yaşıl hərf sözdə var və yeri düzdür, sarı hərf var, amma yeri başqadır, boz hərf isə sözdə yoxdur. Bu rənglərə baxaraq 6 cəhdə sözü tapmaq lazımdır. Klaviaturada Ə, Ö, Ü, Ğ, Ç, Ş, I və İ hərfləri var. Gündəlik sözü tapandan sonra nəticəni dostlarınla paylaşa, seriyanı uzada və «Məşq» rejimində başqa sözlərlə oynaya bilərsən. Oyun söz ehtiyatını, diqqəti və məntiqi düşüncəni inkişaf etdirir.