Məntiqlə inkişaf et — hədiyyə qazan!
Kompüter 4 rəngdən ibarət gizli kod seçir, sən onu ən çox 10 cəhdə tapmalısan. Hər cəhddən sonra ipucu gəlir: qara nöqtə (●) — bir rəng həm düzdür, həm də öz yerindədir, ağ nöqtə (○) — rəng kodda var, amma yeri səhvdir. İpuclarını müqayisə edib variantları azaltmaq lazımdır. Bu oyun dünyada «Mastermind» və ya «Bulls and Cows» adı ilə tanınır. Səviyyələr: 5 rəng, 6 rəng və rənglərin təkrar ola bildiyi ən çətin variant.